Elanlar

“Mavi Xəzər sənin gözündə” poster-dizayn müsabiqəsinə start verilir

25 Sentyabr 2024

26 sentyabr “Ümumdünya Dəniz Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən poster-dizayn müsabiqəsi elan edilir.

Təqdim edilən dizaynlar yaradıcılığı, orijinallığı, müasir trendlərə əsaslanmanı, keyfiyyəti və müsabiqənin mövzusuna uyğunluğu əks etdirməlidir.

İştirak etmək istəyən dizaynerlər əlaqə nömrələrini, öz dizayn işlərini və şəxsiyyət vəsiqələrinin ön və arxa üzlərini pr@eco.gov.az e-mail ünvanına təqdim etməklə müraciət edə bilərlər. Müsabiqənin şərtləri və qaydaları ilə bağlı ətraflı məlumatı buradan yükləyə bilərsiniz.

Qeyd edək ki, müsabiqədə 3 mükafat təqdim ediləcək: 


• Birinci yerin qalibi 700 manat
• İkinci yerin qalibi 500 manat
• Üçüncü yerin qalibi 300 manat

Qaliblər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi veb saytında və sosial media hesablarında elan olunacaq. Qaliblərə, həmçinin 10 gün ərzində email və ya SMS vasitəsilə məlumat göndəriləcək.

Müsabiqədə iştirak üçün müraciətlər sentyabrın 26-si başlayır, oktyabrın 25-də başa çatacaq. Qeyd edək ki, müraciət ilə bağlı suallar yarandıqda və ya kömək üçün pr@eco.gov.az e-mail ünvanına yaza bilərsiniz.