30 May 2024 Davamlı gələcək yaratmaq istəyində olan bütün iştirakçılar üçün tullantıların idarə olunması üzrə rəsm müsabiqəsinə start verilir. Bu müsabiqə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə cari ilin 27-28 iyun tarixlərində keçiriləcək “Yaşıl Dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantılardan dəyərə” adlı Beynəlxalq Forumun tərkib hissəsidir. 14 May 2024 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən may ayının 15-dən iyun ayının 15-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçiriləcək. 11 May 2024 COP28 və Baku Decides tədbirləri zamanı elçilərimiz seminarların, təlimlərin bir parçası olub və müxtəlif təşəbbüslər həyata keçirərək yaşıl dünya naminə öz fəallıqlarını nümayiş etdirib. İndi sıra sənindir! 01 May 2024 Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov mayın 24-də Xaçmaz rayonunda Xaçmaz, Quba və Qusar rayonlarının sakinlərini qəbul edəcək.