Şirvan Milli Parkı

I Marşrut

«Şirvan Milli Parkı ilə tanışlıq» turist marşrutunun təsviri (Qızılqaz gölü – il boyu)

Şirvan Milli Parkında ekskursiya (Milli Parkın məlumat mərkəzi, ərazisi, təbiəti, vəhşi heyvanlar və quşlar, həmçinin digər bioloji müxtəlifliyi, ərazidəki möhtəşəm «Qızılqaz gölü» ilə tanışlıq, estakada və müşahidə qülləsindən gölün müşahidəsi).
Şirvan Milli parkının «Gölkənarı» ekoturizm mərkəzində dincəlmə, çay və nahar yeməyi (qonaqların seçimi ilə).
Göl kənarı piyada gəzinti
Bakıya qayıtma
Marşrutun təxmini müddəti 8 saatdır.


II Marşrut

“Laqunaya səyahət” turist marşrutunun təsviri  (Əsasən yaz, yay, payızın əvvəli)

Şirvan Milli Parkı ilə qısa tanışlıq (ərazidəki möhtəşəm “Qızılqaz gölü” ilə tanışlıq, estakada və müşahidə qülləsindən gölün müşahidəsi)
“Gölkənarı” ekoturizm mərkəzində dincəlmə, çay fasiləsi (qonaqların seçimi ilə)
Milli Parkda məskunlaşmış ceyran populyasiyasının təbii arealının mərkəzindən keçən yolla Bəndovan dağına səyahət
Bəndovan dağı, onun qədim tarixi, rəvayətləri ilə tanışlıq
Tarixi məkan olan Bəndovan Pirini ziyarət
Laqunaya səyahət, çoxsaylı müxtəlif quş növlərinin müşahidəsi
Xəzər dənizinin ekoloji təmiz, ekzotik və müalicəvi Qızıl qum sahili çimərliyində, vəhşi təbiətin qoynunda istirahət.
Bakıya qayıtma
Marşrutun təxmini müddəti 12 saatdır

III Marşrut

“Qırmızı qum sahilinə səyahət” turist marşrutunun təsviri (Əsasən yaz, yay, payızın əvvəli)

Şirvan Milli Parkı ilə qısa tanışlıq (ərazidəki möhtəşəm “Qızılqaz gölü” ilə tanışlıq, estakada və müşahidə qülləsindən gölün müşahidəsi)
“Gölkənarı” ekoturizm mərkəzində dincəlmə, çay fasiləsi
Piyada gəzinti
Dəniz sahili marşrut üzərində qədim “Yulğun” pirini ziyarət
Xəzər dənizinin ekoloji təmiz, ekzotik və müalicəvi Qızıl qum sahili çimərliyində, istirahət
“İydəlik”də gəzinti (Ekoturizm şəhərciyi)
Bakıya qayıtma
Marşrutun təxmini davamı 10 saatdır