Geologiya

Tematik tədqiqat işləri

Faydalı qazıntı yataqlarının geologiyası və proqnozlaşdırılması elmi-tədqiqat mövzusu kimi mütəmadi  olaraq respublika ərazisində mövcud olan ənənəvi və eləcə də mütərəqqi metodlarla aşkarlanması mümkün olan qeyri-ənənəvi faydalı qazıntı yataqlarının geoloji, geofiziki, geokimyəvi, struktur, metallogenik və s. meyarlarının tədqiqinə istiqamətlənir. Bu xüsusda, 2019-2023-cü illərdə respublikanın sənaye sahələrinin tələbatı çərçivəsində aşkarlanması zəruri olan faydalı qazıntı yataqlarının axtarışı üçün müvafiq elmi-tədqiqat işləri davam etdiriləcəkdir.

Sənayedə istifadə olunmayan mineral-xammal ehtiyatları və resurslarının təhlili və qiymətləndirilməsi məqsədi ilə texniki-iqtisadi tədqiqatların aparılması xüsusi önəm daşıyır və elmi-tədqiqat mövzusu kimi mütəmadi olaraq davam etdirilməlidir.

Filizlərin zənginləşdirilməsi və texnoloji tədqiqatlar mövzusu, respublikamızda aşkar olunmuş bütün yeni növ filizlərin və xammalların sənaye istismarına cəlb olunması üçün tələb olunan texnoloji meyarların iqtisadi-texnoloji tədqiqinə yönəldiyi üçün 2019-2023-cü illərdə bu istiqamətdə də laboratoriyanın saxlanılması məqsədəuyğundur.