23 Sentyabr 2025
“Təmiz ölkəm” devizi altında keçirilən növbəti iməciliyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qoşulubEkologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti təmizlik aksiyası Xəzər dənizinin Hövsan sahilində təşkil olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı sahil zolağı 350 kiloqramdan artıq tullantıdan təmizlənib.