Xəbərlər


Abşeron Milli Parkında turistlər üçün veloyürüş təşkil olunub

23 Aprel 2026, 17:10

Ekoturizmin təşviqi və təbiətə məsuliyyətli yanaşmanın artırılması məqsədilə Ecohiking turizm qurumu tərəfindən Abşeron Milli Parkında turist qrupları üçün veloyürüş təşkil edilib.

Tədbir çərçivəsində ziyarətçilər park tərəfindən təqdim olunan velosipedlərdən istifadə edərək təxminən 12 kilometr məsafəni, piyada marşrutu ilə isə 4 kilometr məsafəni qət ediblər. İştirakçılara milli parkın təbii landşaftını yaxından müşahidə etmək, biomüxtəlifliklə tanış olmaq və açıq havada aktiv istirahət etmək imkanı yaradılıb.

Belə təşəbbüslər ekoturizmin inkişafına, sağlam həyat tərzinin təşviqinə və ətraf mühitin qorunması ilə bağlı ictimai məlumatlılığın artırılmasına xidmət edir.