Xəbərlər


Yer Günü ilə əlaqədar məktəblərdə maarifləndirmə tədbirləri keçirilib

23 Aprel 2026, 18:45

22 aprel – Yer Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən müxtəlif ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil olunub:
- Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi;
- Ağcabədi rayonu Ş.Məhərrəmov adına Qaravəlli tam orta məktəbi;
- Cəbrayıl rayonu N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi;
- Gəncə şəhəri 24 nömrəli tam orta məktəb;
- Zaqatala rayonu Kebeloba kənd və Car kənd 1 saylı tam orta məktəbləri;
- İmişli şəhəri 5 və 7 saylı tam orta məktəbləri.

Görüşlər zamanı Yer Gününün əhəmiyyəti və ekoloji təşəbbüslər barədə məlumat verilib. Şagirdlərə ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadənin vacibliyi izah olunub.

Tədbirlərin əsas məqsədi gənclərin ekoloji biliklərini artırmaq, ətraf mühitə qarşı məsuliyyətli münasibət formalaşdırmaq və ekoloji düşüncə tərzini təşviq etməkdir.

Eyni zamanda, Yer günü çərçivəsində Zaqatala, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Beyləqan, Füzuli rayonları ərazisində regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən təmizlik və ağacəkmə aksiyaları təşkil olunub.