19 Sentyabr 2025
“Ecoguard” ekoloji maarifləndirmə düşərgəsi çərçivəsində iştirakçılar müxtəlif tədbirlərdə iştirak edibDüşərgə proqramı zamanı iştirakçıların Samur–Yalama Milli Parkına səfəri təşkil olunub. Gənclər iməcilik aksiyasına qoşularaq təbiətin qorunmasına öz töhfələrini veriblər. Ekskursiya zamanı biomüxtəliflik üzrə ekspert Elmir Məmmədli çıxış edərək ekosistemin əhəmiyyəti barədə iştirakçılarla öz təcrübəsini bölüşüb.