Xəbərlər


Bu gün Yer Günüdür

22 Aprel 2026, 09:55

22 aprel dünyada Yer Günü kimi qeyd olunur.

Bu günün əsas məqsədi ətraf mühitin qorunmasına diqqəti artırmaq, ekoloji maarifləndirməni genişləndirmək və gələcək nəsillər üçün daha sağlam, davamlı həyat tərzini təşviq etməkdir.

1970-ci ildən etibarən milyonlarla insan Yer Günü çərçivəsində bir araya gələrək ağacəkmə, təmizlik kampaniyaları və maarifləndirmə tədbirlərində iştirak edir.

2026-cı ilin mövzusu olan “Bizim gücümüz, bizim planetimiz” şüarı hər bir fərdin ətraf mühitin qorunmasında mühüm rol oynadığını vurğulayır. Planetimizin gələcəyi hər birimizin gündəlik həyatında etdiyi seçimlərdən və atdığı addımlardan asılıdır.

Yer bizim evimizdir və onu qorumaq hər birimizin məsuliyyətidir.