13 İyul 2024
İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışÖlkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.