Xəbərlər

Meşə əraziləri növbəti dəfə tullantılardan təmizlənib

29 Avqust 2024, 17:30

 
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Quba, Ağcabədi, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Lənkəran, Cəlilabad, Tovuz, Siyəzən, Saatlı və Ucar rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyət orqanlarının nümayəndələrinin və rayon sakinlərinin iştirakı ilə keçirilən iməciliklər zamanı 2.2 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyaların məqsədi ekosistemin sağlamlığının təmin edilməsi, ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, tullantıların düzgün idarə edilməsinə dair məlumatlandırmanın təmin edilməsidir.