Xəbərlər

Ölkəmizin Paris Sazişi çərçivəsindəki iqlim öhdəliklərinin yenilənməsi məqsədilə ictimai dinləmə keçirilib

30 Avqust 2024, 15:00

Görüşdə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) ilkin layihələri müzakirə edilib.

Ətraf mühit, sosial müdafiə, gənclər, qadın hüquqları, gender bərabərliyi və digər sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanan NDC və LTS sənədlərinin layihələrinin hazırlanması üzrə geniş müzakirələr aparılıb.

Bu cür geniş və müxtəlif sahələri əhatə edən sənədin hazırlanmasında bütün maraqlı tərəflərin rəy və təkliflərinin alınması, təcrübə və bilik mübadiləsinin aparılması, ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə daha səmərəli və təsirli strategiyaların formalaşdırılmasına imkan yaradacaq.