06 Avqust 2024
NDC və LTS sənədlərinin ilkin layihəsi üzrə aidiyyəti qurumlarla müzakirələr aparılıb.
Ekologiya və Təbii Sərvətlər və Energetika Nazirliklərinin sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişinə uyğun olaraq, Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədinin (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) hazırlanmasında koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi Qrupun növbəti hibrid formatda görüşü keçirilib.
06 Avqust 2024
Vətəndaş qəbulu barədə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov 9 avqust 2024-cü il tarixində Bərdə rayonunda Bərdə, Ağdaş, Zərdab, Ağcabədi, Ağdam, Tərtər və Yevlax rayonlarının sakinlərini qəbul edəcək.
06 Avqust 2024
Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG)
Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində, həmçinin qəbul edilmiş digər strateji sənədlərdə növbəti onillikdə iqtisadiyyatın dayanıqlı və yüksək templə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulmuş və bu istiqamətdə hədəflər müəyyənləşdirilmişdir.
05 Avqust 2024
Ağ Şəhərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Kontakt” mağazalar şəbəkəsinin, “Araz” supermarketlər şəbəkəsinin, “Libraff” kitab mağazaları şəbəkəsinin, “Təkan” İctimai Birliyinin, “Ekosfera” Sosial Ekoloji Mərkəzinin dəstəyi ilə Ağ Şəhər “Biznes Mərkəzi 2020”-nin qarşısında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
05 Avqust 2024
Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.