Xəbərlər

NDC və LTS sənədlərinin ilkin layihəsi üzrə aidiyyəti qurumlarla müzakirələr aparılıb.

06 Avqust 2024, 16:00

Ekologiya və Təbii Sərvətlər və Energetika Nazirliklərinin sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişinə uyğun olaraq, Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədinin (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) hazırlanmasında koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi Qrupun növbəti hibrid formatda görüşü keçirilib.

Görüş çərçivəsində beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış 3-cü NDC və LTS sənədlərinin ilkin layihəsi üzrə aidiyyəti qurumlarla müzakirələr aparılıb.