01 Fevral 2024
“Baku Decides” Gənclərin I İqlim Danışıqları beynəlxalq konfransının üçüncü günü nazirlərin iştirakı ilə panel müzakirələrlə davam edib.Konfransda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizin bu il COP29 tədbirinə ev sahibliyi edəcəyi bir ərəfədə Gənclərin I İqlim Danışıqlarını yüksək qiymətləndirib və konfrans iştirakçılarına uğurlar arzulayıblar.