Xəbərlər

2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında “açıq qapı” günü olacaq.

31 Yanvar 2024, 18:35

Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və bu ərazilərin qorunması məqsədilə 1971-ci il fevralın 2-də Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən hər il 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.

Qeyd edək ki, respublikamızda sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi mövcuddur. Azərbaycanda Ağgöl və Qızılağac milli parklarının ərazisi mühüm su-bataqlıq əraziləri kimi “Ramsar” Konvensiyanın siyahısına daxil edilib.