“Baku Decides” Gənclərin I İqlim Danışıqları beynəlxalq konfransının üçüncü günü nazirlərin iştirakı ilə panel müzakirələrlə davam edib.
01 Fevral 2024, 12:45
“Baku Decides” Gənclərin I İqlim Danışıqları beynəlxalq konfransının üçüncü günü nazirlərin iştirakı ilə panel müzakirələrlə davam edib. Konfransda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizin bu il COP29 tədbirinə ev sahibliyi edəcəyi bir ərəfədə Gənclərin I İqlim Danışıqlarını yüksək qiymətləndirib və konfrans iştirakçılarına uğurlar arzulayıblar.
Panel iclasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, BMT Baş katibinin İqlim Dəyişmələri üzrə Məşvərət Şurasının üzvü Joyce Mendez, COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.
"Baku Decides" continued with panel discussions on the third day of the International Conference of Youth I Climate Talks with the participation of ministers. Minister of Youth and Sports Farid Gayibov, Minister of Ecology and Natural Resources Mukhtar Babayev made a speech at the conference and appreciated the First Youth Climate Talks on the eve of our country to host the COP29 event this year and wished success to conference participants.
The panel meeting was attended by Ms. Vladanka Andreyeva, the UN Resident Coordinator in Azerbaijan, Joyce Mendez, a member of the UN Secretary-General's Climate Change Advisory Council, COP29's "Youth Climate Champion" for Azerbaijan Leyla Hasanova and other officials.