ETSN yanında İctimai Şuraya sədr seçilib
30 Yanvar 2024, 13:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya sədr seçilib. “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov Şuranın sədri olub.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Muqabil Bayramov İctimai Şuranın sədr müavini, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva isə Şuranın katibi seçilib.
Qeyd edək ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.