30 Yanvar 2024
Yanvarın 29-da “2024 - Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.Açılış mərasimində Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Xarici işlər nazirinin müavini, COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyev və digər rəsmi şəxslər çıxış ediblər.