Xəbərlər

Yanvarın 29-da “2024 - Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

30 Yanvar 2024, 10:55

Açılış mərasimində Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Xarici işlər nazirinin müavini, COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyev və digər rəsmi şəxslər çıxış ediblər.

Açılışdan sonra konfrans öz işinə başlayıb. Dörd gün davam edəcək tədbirdə dünyada və Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, beynəlxalq layihələr və proqramlar vasitəsilə milli potensialın gücləndirilməsi, gənclərin iştirakçılığının artırılması sahəsində beynəlxalq təcrübənin tətbiqi barədə müzakirələr aparılır. Tədbirdə BMT Baş katibinin İqlim Dəyişmələri üzrə Məşvərət Şurasının məsləhətçisi Joyce Mondez və Jevanic Henry əsas çıxışçı qismində iştirak edirlər.