07 Avqust 2023
Həftəsonu Abşeron və Şahdağ milli parkını ziyarət edən turistlər üçün daha yaddaqalan olub5 avqust tarixində sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq məqsədilə Abşeron Milli Parkında “Günəşi salamlama” yoqa sessiyası keçirilib. Açıq səma altında təşkil edilən sessiya zamanı “Yoga Shahi” studiyasının təcrübəli müəllimi Qafar Qənizadə tərəfindən günəş enerjisi ilə zəngin yoqa nəfəs texnikası, sağlam həyat tərzi və şəxsi inkişaf mövzularında mühazirələr təşkil edilib.