Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatı
07 Avqust 2023, 15:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bidirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Mingəçevir şəhər sakini Fikrət Xəlilov olduğu müəyyən edilib.
“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.