14 May 2024
Faktiki havaMilli Hidrometeorologiya Xidmətinin mayın 14-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.