Xəbərlər

Təmiz hövzələr

13 May 2024, 11:45

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Mingəçevir su anbarından, Baş Şirvan kollektorundan, Caqacuqçay çayından və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından ümumilikdə 1100 metr uzunluğunda 38 ədəd sintetik tor və digər ov alətləri aşkar edilərək götürülüb. “Təmiz hövzələr” aksiyası çərçivəsində tədbirlər davam etdirilir.