19 Avqust 2023
“Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində Xəzərin Hövsan sahili tullantılardan təmizlənibBu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Qırmızı Ürəklər” fondunun, "Saipem", “Bahar Energy” şirkətlərinin əməkdaşlarının, Aqrar İnkişaf könüllülərinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində iməcilik keçirilib.