“Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində Xəzərin Hövsan sahili tullantılardan təmizlənib
19 Avqust 2023, 14:50
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Qırmızı Ürəklər” fondunun, "Saipem", “Bahar Energy” şirkətlərinin əməkdaşlarının, Aqrar İnkişaf könüllülərinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində iməcilik keçirilib.
Aksiya çərçivəsində ümumilikdə 4 ha sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşınıb.
Aksiya çərçivəsində ümumilikdə 4 ha sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşınıb.
Sevindiricidir ki, bu gün sahil zonasında istirahət edən sakinlər də aksiyaya qoşulub.
Ətraf mühitin mühafizəsinə qayğı və dəstək göstərən bütün tərəfdaş qurumlara, vətəndaşlara, gənclərə təşəkkür edir, hər kəsi tullantıların düzgün idarə olunmasını təbliğ etməyə, əraziləri çirkləndirməməyə çağırırıq.