Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

18 Avqust 2023, 09:35

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunun Liman şəhərində qanunsuz qum, Ağstafa rayonunun Tatlı kəndində isə “Kamaz” markalı 60-BZ-0789 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əhəng daşınması faktları aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər Ramil Seyfullayev və Kənan Mustafayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.