15 Fevral 2024
Fevralda müşahidə olunan isti havanın səbəbi nədir?
"Qış fəslinə xarakterik olmayan anomal isti hava şəraitinin səbəbi sinoptik şəraitlə əlaqədar cənub istiqamətli isti hava axınının ölkə ərazisinə daxil olmasının təsiridir ki, bunun nəticəsində fevralın ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında 22-24, rayonlarda isə 22 dərəcəyədək isti qeydə alındı."
15 Fevral 2024
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində işlənmiş batareyaların toplanması davam edir
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Access Bank”ın baş ofisindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Kapital Bank”ın baş ofisindən, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall filialından, “Landau school” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
15 Fevral 2024
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
15 Fevral 2024
Fevral ayı mürəkkəb sinoptik şəraitlə fərqlənir.
Qlobal iqlim dəyişmələrinin təsiri ilə bu ayda atmosfer prossesləri daha dinamik xarakterli olur. Belə ki, qısa zaman ərzində həm isti dövr, həm də soyuq dövr üçün xarakterik olan hava şəraiti formalaşır. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
14 Fevral 2024
Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Global Media Group”un təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.