“AzeLab” MMC-də labaratoriya-təcrübə proqramı çərçivəsində təlimlər davam edir
28 Mart 2024, 16:45
“Azelab” MMC-nin mütəxəssisləri tərəfindən Bakı Neft-Energetika kollecinin tələbələrinə torpaq nümunələrinin analizi ilə bağlı təlim keçirilib.
İlkin olaraq tələbələrə torpağın müxtəlif fiziki və kimyəvi parametrləri mütəxəssislər tərəfindən izah edilib, onlara əkinçilik üçün xüsusi əhəmiyyəti olan nitrat ionlarının (NO3-) təyini haqqında məlumat verilib.
Qeyd edək ki, nitrat ionlarının çatışmazlığı bitkilərin düzgün inkişafına mane olur. Həmçinin nitratların torpaqda toplanması kənd təsərrüfatı məhsullarına toksiki təsir göstərir və insanlar üçün təhlükə yaradır. Bu səbəbdən torpağın tərkibində mövcud olan nitrat ionlarının təyin olunması olduqca vacibdir.