Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyalarına öz töhfəsini verib
29 Mart 2024, 16:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.