30 Aprel 2024
Şirvan Dövlət Təbiət Qoruğunun yaranmasından 55 il ötürŞirvan Dövlət Təbiət Qoruğu 30 aprel 1969-cu ildə yaradılıb, Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində Salyan və Neftçala rayon inzibati ərazilərində yerləşir. 2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılıb və hazırda Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 4657 hektardır.