Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib
06 İyun 2024, 14:35
5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Təbiətin harayı” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı iştirakçılara Nazirliyin mütəxəssisləri tərəfindən Ümumdünya Ətraf Mühit Gününün keçirilməsinin əhəmiyyəti, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, ekoloji maarifləndirmə və təbliğat işlərinin vacibliyi barədə məlumatlar verilib.
Eyni zamanda, iqlim dəyişmələrinin təsiri nəticəsində baş verən təhlükəli hidrometeoroloji hadisələrin əvvəlcədən aşkarlanması, proqnozlaşdırılması istiqamətində aparılan modernizasiya işləri, Situasiya mərkəzinin yaradılmasının məqsədi, məlumatların emalı, iş prosesində istifadə edilən ölçü cihazları haqqında da tədbir iştirakçıları məlumatlandırılıb, Azərbaycanda keçiriləcək COP29 konfransının əsas məqsədlərindən və iqlim dəyişikliyinin ekosistemə təsirindən danışılıb.