23 İyun 2024
Çaylarda faktiki vəziyyət
Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.
22 İyun 2024
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 14:00-a olan məlumatına əsasən əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.
22 İyun 2024
Bölgələrdə faktiki və gözlənilən hava
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bölgələrdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
22 İyun 2024
ETSN: çaylarda suyun səviyyəsi izlənilir
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar İsmayıllı rayonu ərazisindən axan Göyçayda, Girdımançayda, Ağsu rayonu ərazisindən axan Ağsuçayda, Qobustan rayonu ərazisindən axan Pirsaatçayda sululuğun artımı davam edir. Digər çaylarda isə nisbətən azalma müşahidə olunur.
22 İyun 2024
Bakıda və Abşeron yarımadasında faktiki və gözlənilən hava
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.