Bölgələrdə faktiki və gözlənilən hava
22 İyun 2024, 10:25
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bölgələrdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı aylıq normanın 22-40 %-ni təşkil edib.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, gecə saat 03:00 radələrində Göygöl rayonu Üçtəpə kəndinə dolu düşüb.

“Bu gün bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Hazırda şərq küləyi əsir.”
G.Abbasovanın sözlərinə görə havanın temperaturu Aran rayonlarında 30-35 dərəcə isti, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.