26 İyun 2024
ETSN: çaylarda suyun səviyyəsi izlənilir
Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qaraçayda suyun səviyyəsi 13 sm, Katexçayda 12 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 27 sm, Əsrikçayda 8 sm, Şəmkirçayda 4 sm artıb.
26 İyun 2024
Müşahidə olunan küləkli hava şəraiti ilə bağlı faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin öncədən verdiyi narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir. İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.
26 İyun 2024
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Qərb küləyi bəzi yerlərdə arabir güclənib.
25 İyun 2024
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq
İyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir. Bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.