Xəbərlər

Müşahidə olunan küləkli hava şəraiti ilə bağlı faktiki hava

26 İyun 2024, 10:45

Milli Hidrometeorologiya Xidmətinin öncədən verdiyi narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir. İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək.