Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” adına Elmi-Tədqiqat Gəmisi ilə 04-14 aprel 2023-cü il tarixlərində keçirilmiş kompleks ekoloji monitorinq ekspedisiyası haqqında məlumat
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətlərindən biri Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin, ekoloji kriteriyalarının elmi əsaslarla müəyyən edilməsi, proqnozlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ekoloji monitorinqlərin təşkil edilməsindən ibarətdir. Keçirilən monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən obyektlərdə formalaşan tullantıların dəniz suyuna və qruntuna, flora və faunasına, digər su obyektlərinə göstərdiyi antropogen təsiri təhlil və tədqiq edərək məlumat bankı yaratmaq, prioritetləri müəyyənləşdirərək proqnozlar verib ətraf mühitə vurulan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirmək və Azərbaycan Respublikasında mövcud qanunvericiliklərin tələblərinə uyğun ekoloji tarazlığın bərpasına nail olmaqdır. Dənizin ekosisteminin mühafizəsi və ekoloji təhlükəsizliyin təmini üzrə Azərbaycan Respublikasının əsas hədəflərindən biri dənizin çirklənməsinin qarşısını almağa yönəlmişdir. Neft-qaz hasilatı aparılan ərazilərdə ətraf mühitə təsirin müəyyənləşdirilməsi, su bioloji ehtiyatlarının öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədi ilə kompleks ekoloji monitorinqlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 fevral 2023-cü il tarixli 159/Ü nömrəli əmrinə əsasən “Əlif Hacıyev” adına Elmi-Tədqiqat Gəmisi ilə Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, “SOCAR”, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməkdaşlarından ibarət heyətlə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində mövcud olan karbohidrogen yataqlarında neft-qaz hasilatı üzrə fəaliyyət göstərən BP, JOCAP (Total), “Ümid-Babək”, Bahar Enerji əməliyyat şirkətləri, SOCAR-ın “Abşeronneft”, “28 May”, “Neft daşları”, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin fəaliyyət sahələrində, eləcə də dənizin cənub hissəsində (Lənkəran, Kürdili, Cənub-Şərqi Qoltuq) Kompleks Ekoloji Monitorinq Ekspedisiyası təşkil olunmuşdur.
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində fəaliyyət göstərən BP, SOCAR, Bahar Enerji, Ümid-Babək, JOCAP şirkətlərinin neft-qaz yataqlarından Xəzər dənizinə və ətraf mühitə təsirin müəyyənləşdirilməsi, həmçinin Lənkəran, Kürdili, Cənub-Şərqi Qoltuq kəsimləri də olmaqla dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji monitorinq həyata keçirilməsi üçün cari ilin aprel ayının 4-ü tarixində 29 nəfərdən ibarət heyətlə Elmi Tədqiqat Gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Zığ” quru yük limanının 57 nömrəli yanalma körpüsündən yola düşmüşdür.
BP ƏŞ-nın (AÇG) Çıraq və Mərkəzi Azəri platformaları və “Şahdəniz” yatağı, SOCAR-ın Neft Daşları, Palçıq Pilpiləsi, Çilov, Günəşli, Abşeron Bankası və Qərbi Abşeron, Səngəçal-Duvannı-Xərə-Zirə, Ələt-Dəniz, Bulla–Dəniz, 8 Mart yataqlarında, Bahar Enerji ƏŞ-nin Bahar yatağı, Ümid-Babək ƏŞ-nin Ümid yatağı, JOCAP ƏŞ-nin Total yatağı, həmçinin dənizin cənub hissəsində - Lənkəran, Kürdili və Cənub-Şərqi Qoltuq kəsimlərində ətraf mühitə təsirin müəyyənləşdirilməsi məqsədilə həyata keçirilmiş ekspedisiya zamanı su, dib çöküntüsü, bentos və zooplankton nümunələri götürülmüşdür. Ekspedisiya zamanı götürülmüş su nümunələrində fiziki-kimyəvi analizlər (pH, duzluluq, həll olmuş oksigen, bulanıqlıq və temperatur) “Əlif Hacıyev” adına Elmi-Tədqiqat Gəmisinin laboratoriyasında təhlil olunmuş, müxtəlif koordinatlarda havada ölçmə işləri aparılmış, radiasiya fonu ölçülmüşdür. Əlavə olaraq digər təhlillərin aparılması üçün götürülən nümünələr Nazirliyin “Azelab” MMC laboratoriyasına təqdim edilmişdir. Ekspedisiya müddətində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı tərəfindən mütəmadi olaraq müşahidələr aparılmışdır. Belə ki, Bakı Buxtası, Çilov adası, Umid 1 platforması ətrafında, Lənkəran və Kürdili kəsimlərində müxtəlif növ köçəri və yerli su quşlarının aktivliyi müşahidə edilmiş, bundan əlavə orta və cənub Xəzər dənizi ərazisində suitilərin hərəkəti müəyyən edilmişdir. Köçəri quşlara misal olaraq çöl ördəklərini, müxtəlif növ balıqudan quşları və qağayıları göstərmək olar. Ekspedisiya zamanı müxtəlif yerlərdən götürülmüş su nümünələri “Əlif Hacıyev” adına Elmi-Tədqiqat Gəmisinin laboratoriyasında Delta OHM HD 2105.1; 2106.1; 2109.1 cihazları vasitəsilə təhlil olunmuşdur. Eyni zamanda dənizin müxtəlif dərinliklərindən su nümünələrinin götürülməsi üçün Batomertdən, dib çöküntüsü və bentos nümünələri üçün Van Veen Grab Samplerdən, plankton nümünələri üçün isə Cedi torundan, həmçinin atmosfer havasında zərərli qaz qarışıqlarının və radioaktiv çirklənmənin təyin edilməsi üçün portativ cihazlardan istifadə olunmuşdur.

Qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyevin adını daşıyan elmi tədqiqat gəmisi ilə həyata keçirilən kompleks ekoloji monitorinq ekspedisiyasının nəticəsi olaraq dəniz suyu və dib çöküntüsü nümunələri üzərində aparılmış təhlillərin nəticələrinin norma daxilində olduğu, ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunələrin zəhərli təsirə malik olmadığı müəyyən edilmişdir. Xəzər dənizinin neft-qaz istehsalat zonalarında bentik və pelagial mühitin faunasının növ tərkibi və sayı, eləcə də biokütləsinin öyrənilməsi ilə əlaqədar keçirilən tədqiqatların nəticəsi qənaətbəxşdir. Belə ki, dənizin sənaye zonalarında neft-qaz istehsalı zamanı antropogen təsirlərin zoobentos və zooplankton canlıların inkişaf tempinə təsir etmədiyi və həmin canlıların inkişaf tempinin fəsillərə uyğun olaraq davam etməsi müəyyən edilmişdir. Ekspedisiyada portativ cihazlarla atmosfer havasında zərərli qaz qarışıqlarının və radioaktiv çirklənmənin öyrənilməsi məqsədilə aparılmış ölçmə işlərinin nəticələrinin də norma daxilində olduğu müəyyən edilmişdir.
Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə keçirilən ekspedisiyanın yol xəritəsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi
Batometr cihazı ilə dənizin dərinliklərindən su nümunələrinin götürülmə prosesi
Götürülmüş su nümunələrinin müvafiq nümunə qablarına doldurulma prosesi
Götürülmüş dəniz suyunun fiziki göstəricilərinin gəminin laboratoriyasında təyin edilməsi və nəticələrinin qeydə alınması
Götürülmüş dəniz suyunun fiziki göstəricilərinin gəminin laboratoriyasında təyin edilməsi və nəticələrinin qeydə alınması
Dib çöküntüsü nümunələrinin dənizin müəyyən dərinliklərindən götürülmə prosesi
Dib çöküntüsü nümunələrində canlı orqanizmlərin tədqiqatlar üçün seçilməsi
Atmosfer havasında radioaktiv çirklənmənin portativ cihaz vasitəsi ilə təyin edilməsi
Atmosfer havasında zərərli qaz qarışıqlarının portativ cihaz vasitəsi ilə təyin edilməsi