04 İyun 2025
Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar 90 nömrəli məktəbin şagirdləri “ETSN-də bir gün” layihəsinin qonağı olubUşaqlarda ətraf mühitin qorunmasına maraq oyatmaq və onların ekoloji biliklərini genişləndirmək, eləcə də gənc nəslin təbiətə qarşı daha diqqətli və məsuliyyətli münasibət formalaşdırmasına töhfə vermək məqsədilə Sabunçu rayonu 90 nömrəli tam orta məktəbin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.