Xəbərlər

Xəzərin Bilgəh sahili növbəti dəfə tullantılardan təmizlənib

02 İyun 2025, 18:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təmiz ölkəm” Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyasına Bakı-Abşeron Regional Turizm İdarəsinin əməkdaşları, “Camphood” şirkətinin təşəbbüsü ilə dəvət olunmuş uşaqlar və ekokönüllülər qoşulub.

Xəzərin Bilgəh sahilində keçirilən iməclik zamanı aksiya iştirakçıları ümumilikdə 200 kiloqramdan artıq tullantını sahil zolağından təmizləyib.

Təmizlik aksiyasının əsas məqsədi ətraf mühitin mühafizəsinə diqqət çəkmək, ictimaiyyət arasında ekoloji şüuru artırmaqla yanaşı təmiz ətraf mühitin formalaşmasına şərait yaratmaqdır.