09 Mart 2023
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatıQanunsuz ov hallarının qarşısının alınması məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.