Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
08 Mart 2023, 12:00
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ, Quba, Masallı rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 13 kömür quyusu aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayon sakinləri Qalib Cabbarov, Alim Səmədli, Stepan Kankalov, Quba rayon sakini Xalıq Baxışov, Masallı rayon sakinləri Telman Əliyev, Abid Abasquliyev, Asim Heydərov, Süleyman Süleymanov, İsrafil Abdullayev, Saməddin Feyzullayev, Yadigar Qurbanov, İxtiyar Səfərov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb. Aşkar olunan kömür quyuları ləğv olunub.