Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatı
09 Mart 2023, 18:01
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 1764 metr uzunluğunda 18 ədəd sintetik tor yığışdırılıb.
“Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı “Kiçik Körfəz” ərazisində qanunsuz balıq ovlayan Masallı rayon sakini Rövşən Ağacanov saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb”.