07 İyun 2023
“Xəzər dənizinin akvatoriyasında külək enerjisi potensialının qiymətləndirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda vebinar təşkil edilib.Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya çərçivəsində ETSN-in Milli Hidrometeorologiya Xidmətinin təşəbbüsü əsasında Qazaxıstan Respublikasının Milli Hidrometeorologiya Xidməti (РГП "Казгидромет") ilə birgə “Xəzər dənizinin akvatoriyasında külək enerjisi potensialının qiymətləndirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda vebinar təşkil edilib.