05 İyun 2023
5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi GünüdürBirləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin ciddiliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun “Dünya ətraf mühitin mühafizəsi günü” kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı.