Faktiki hava
06 İyun 2023, 21:15
Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Ceyrançöl, Qəbələ, Qax, Şamaxı, Qobustan, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
İsmayıllı rayonunun yüksək dağlıq kəndlərinə (Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya və s.) yağan leysan yağış nəticəsində saat 19:45 radələrində Girdimançayda sel müşahidə edilb.

Gədəbəy rayonu ərazisinə saat 18:25 radələrində diametri 8 mm olan dolu düşüb.
Şimal – qərb küləyi arabir Naftalan, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-24, Naxçıvanda 23-30, dağlıq rayonlarda 15-18, Aran rayonlarında 26-30 dərəcə isti olub.