23 İyul 2023
“Təmiz ölkəm” aksiyası çərçivəsində meşə əraziləri tullantılardan təmizlənib22 iyul tarixində Lerik rayonunun Gürdəsər, Tovuz rayonunun Yanıqlı, Sabirabad rayonunun Şirvan, Şabran rayonunun Dənizkənarı, Qusar rayonunun Qusar, İsmayıllı rayonunun Qalınçaq, Şəki rayonunun Göynük, Ağcabədi rayonunun 1 saylı, Balakən rayonunun Qabaqçöl, Göygöl rayonunun Hacıkənd, Masallı rayonunun Masallı, Bərdə rayonunun Aslan-Əyricə, Gədəbəy rayonunun Qızılca və Qəbələ rayonun Yenikənd meşəbəyliyiklərində təmizlik aksiyaları keçirilib.