06 May 2024
XəbərdarlıqBakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.
Heydər Əliyev
06 May 2024 Bakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 06 May 2024 Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə ətraf mühitin müxtəlif sahələri üzrə keçirilən silsilə tədbirlər davam edir. 06 May 2024 Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 2024-cü ilin aprel ayında Xəzər dənizinin Xaçmaz, Siyəzən, Lənkəran, Astara rayonları, eyni zamanda Bakı şəhərinin Sabunçu, Pirallahı və Xəzər rayonları akvatoriyasından, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21810 metr uzunluğunda 375 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb. 06 May 2024 Meşələrin zərərvericilərdən və xəstəliklərdən qorunması tədbirləri davamlı meşə idarəçiliyinin tərkib hissəsidir. 06 May 2024 Meşə yanğınlarının qarşısının alınması məqsədilə 7, 9, 10 və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, 1 və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Göygöl Rayon İcra Hakimiyyətinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, bələdiyyələrin, rayon polis şöbəsinin Gəncə Regional Yanğın Nəzarəti İdarəsinin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Qax, İmişli, Göygöl və Masallı rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
Lorem ipsum dolor sit amet consecteur aliguam?
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Aenean commodo ligula eget dolor. Aenean massa.