“Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülər üçün növbəti təlim keçirilib
06 May 2024, 19:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə ətraf mühitin müxtəlif sahələri üzrə keçirilən silsilə tədbirlər davam edir.
Növbəti təlim 4 may tarixində Milli Hidrometeorologiya Xidmətində keçirilib. “Hidrometeorologiyanın tarixi muzeyi” ilə tanışlıqdan sonra gənclərə Situasiya Mərkəzinin ümumi iş prinsipi öyrədilib. Xidmətin mütəxəssisləri tərəfindən hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, dopler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun tərtib edilməsi prosesi izah olunub.

İqlim dəyişmələrinin ətraf mühitə təsiri, iqlimə uyğunlaşma, iqlim dəyişmələrinin fəsadları, eyni zamanda iqlim dəyişmələrinin su resurslarına təsiri mövzularında təqdimatlar nümayiş etdirilib. Eyni zamanda, gənclərə noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə ətraflı məlumatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Yaşıl düşüncə maarifləndirmə proqramı”na gənc nəslin ekoloji biliklərinin formalaşmasına təsir göstərmək, ətraf mühit sahəsində məlumatlılıqlarını artırmaq və bu sahədə onlarda məsuliyyət hissini aşılamaq məqsədilə start verilib.