16 Mart 2026
Tələbələr “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində maarifləndirici görüşdə iştirak ediblərGənclərin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi, onlarda ekoloji məsuliyyət hissinin gücləndirilməsi və ekoloji dünyagörüşə malik gənc nəslin formalaşdırılmasına töhfə vermək məqsədilə həyata keçirilən “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti maarifləndirici görüş təşkil olunub. Görüşdə Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər.