20 sentyabr - Ümumdünya Təmizlik Günüdür
20 Sentyabr 2026, 10:35
20 sentyabr – Ümumdünya Təmizlik Günü bu il “Təmiz boşqablardan təmiz şəhərlərə” mövzusu ilə qeyd olunur.
Qlobal təşəbbüs çərçivəsində əsas diqqət şəhərlərə və icmalara ciddi təsir göstərən qida tullantılarının qarşısının alınmasına yönəldilib. Tədbirin məqsədi qida israfının azaldılması, dairəvi iqtisadiyyat prinsiplərinin təşviqi və dayanıqlı şəhər inkişafına töhfə verən həllərin dəstəklənməsidir.
Qeyd edək ki, “Ümumdünya Təmizlik Günü” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2024-cü ildən etibarən qeyd edilir.